Elm metafiziki varlıqlara skeptik yanaşdığı üçün qarabasma fenomenini yuxu iflici ilə bağlayır. Lakin, qarabasmanın yuxu iflicindən fərqi ondadır ki, qarabasma zamanı bədən donub qalmır, eləcə də insan fərqli formalar görür, özüdə yuxuda yox reallığda. SİA xəbər verir ki, dində qarabasma cinlərlə əlaqələndirilir. Qarabasmaya səbəb cin növlərindən biridir. Deyilənə görə bu cin növünün nümayəndələri insandan 10 dəfə güclü olurlar.
İnsanlarda qarabasmalar müxləlif səbəblərdən ola bilər.
1. Cadu
Cadunun növləri çoxdur, qarabasmada cadunun nəticələrindən biri ola bilər
2. Qorxu
Cinlər qorxaq insanları hiss edirlər və onları qorxudmaqdan həzz alırlar.
3. Sevgi
Bəzən cinlər insanlara aşiq olurlar. Və aşiq olduqları insanlara yaxın olmağa çalışırlar, bu isə o insanlarda qarabasmaya səbəb olur.
4. Eyfariya, əsəb və ya sevinc
Kəskin hislər zamanı insanların zehinləri metafiziki varlıqlar üçün açıq olur. Cinlərdə bu imkanı əldən vermirlər.
5. Həssaslıq
Bəzi insanlar digər insanlardan daha həssas olurlar. Bu insanların zehinləri açıq olur. Çox vaxt məhz belə insanlar şamanlıqla və s. məşqul olurlar. Lakin, bir çox hallarda həssas insanlar özləri də bilmirlər həssas olduqlarını və cinlərin varlığından əziyyət çəkirlər. Qarabasmadan əlavə bu növ cinlər insanlarda qaranlıq zamanı vahimə hissi yaradırlar.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə