Evinizin dağınıqlığını ətrafınızdan dolayı dərd etməyin. SİA xəbər verir ki, uşaq olan ev dağınıq olar və bu anlayışla qarşılanmalıdır.
Dekorları, aksesuarları azaldın, hətta mümkünsə yox edin. Həm dağılacaq, həm qırılacaq əşya olmaz, həm də minimal bir həyatın komfortu ilə yaşayarsınız.
Uşaqlar bizə acıq olsun, iş çıxsın deyə ətrafı dağıtmazlar. Sadəcə öyrənmək istəyirlər.
Oyuncaqları, əşyaları dağıtmasına icazə verməli, amma dağıdılan şeyi toplaması üçün təşviq etməliyik. Əgər istəməzsə oyun oynayırmış kimi kömək edərək taplana bilər.
Uşaqlar əlinə keçən hər şeyin dadına baxmağı sevirlər. Bunun qarşısına ala bilmək üçün evi səliqəli şəkildə süpürməyə çalışın. Əlinizin altında yüngül və rahat bir süpürgə olması işinizi asanlaşdırır.
Əvvəlcə öz sağlamlığınıza diqqət edin, sağlam qidalanın, yuxunuzu alın, ibadətlərinizə öncəlik verin. Əmin olun evin səliqə və təmizliyi, bunlardan daha əhəmiyyətli deyil.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB