"Gənclər çox səbrsizdir, əsəblərini cilovlaya bilmirlər" - SOSİOLOQDAN SƏRT REAKSİYA
"Sosial şəbəkədəki davalarla, aqressiya ilə rastlaşanda insanlarda yalnız belə bir fikir formalaşır ki, bu şəxs öz problemini özü həll etməyə çalışır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, biri özünü bunun üçün yetərli görə bilər ki, "mən hər şeyin öhdəsindən gələ bilərəm", digəri hətta özünü yetərli görməsə belə sadəcə məhşurlaşmaq üçün belə addım ata bilər: "Başqa bir qisim də var ki, belə hallarda hüquq-mühafizə orqanlarına müraciət edir. Hədələnibsə, təhqir olunubsa haqqını qanunla axtarmağa çalışır. Çox təəssüf ki, bir çox hallarda bu müraciətlər cavabsız qalır".
Sosioloq həmçinin qeyd edib ki, sosial şəbəkələrdə insanı təhqir edən, şərəf və ləyaqətini alçaldan şəxsə qanunla məsuliyyət düşür: "Amma əksər hallarda polislər və ya şikayət olunan orqan bunu iş olaraq, cinayət əməli olaraq qəbul eləmirlər. Bu səbəbdən də gənclər çox səbrsizdir, əsəblərini cilovlaya bilmirlər. Bir çox gənc öz problemini özü həll etməyə çalışır. Amma bu cür aqressiya ilə başqasının sağlamlığına zərər yetirmək, "o səni təhqir edibsə, sən də ona daha ağırını yaşatmalısan" deyə bir şey yoxdu. İnsan ona görə insandır ki, danışaraq anlaşır. Əl qol və ya artıq, əskik hərəkətlər gərəksizdir. Ona görə də səbrli olmaq və məsələni sakit başla həll etməyə çalışmaq lazımdır. Aqressiya, dava, zorakılıq heç kimə baş ucalığı gətirməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB