Araşdırmalara əsasən, dünyada ətraf mühitin çirklənməsinin 50%-i son 35 ildə baş verib. Ətraf çirkliliyinin bu qədər artmasının səbəblərinə sürətlə inkişaf edən texnologiya və sənayenin təsirlərini, əhali artımını və təbii ehtiyatların şüursuz istehlakını göstərə bilərik. Digər tərəfdən ətraf mühitin çirkləndirilməsinə yerə atılan zibillər də əhəmiyyətli təsir göstərir. Tez-tez küçədə hansısa bir şəxsin yerə zibil atdığının, hətta maşınla gedərkən belə maşının şüşəsini endirib zibili elə yolun ortasına atdığının şahidi oluruq. Belə halların qarşısını almaq üçün dünyanın bir çox ölkələrində cəzalar tətbiq edilir. Məsələ ilə bağlı SİA şəhər sakinləri arasında sorğu keçirib:
Paytaxt sakini Zaur Qarayev: “Əvəllər şəhərin mərkəzində vətəndaşlar zibil qutuları əvəzinə zibillərini yerə atırdılar. Bunu da daha cox gənc və orta nəsil edirdi. Amma zaman keçdikcə şəhərin mərkəzi küçələrində bu tendensiya ged-gedə azalıb. Bu tendensiyanın azalmasında, 1-ci məsələ
kimi onu deyə bilərəm ki, sosial layihələr, televiziya kanallarımızda, reklamlarda sosial çarxların çəkilməsi və yayımlanması vətəndaşlarımızın daha da məsuliyyətli olmasına təkan verib. 2ci məsələdə ondan ibarətdir ki, şəhərimizin təmiz, gözəl olması, günü-gündən inkişaf etməsi, ölkəmizə gələn turistlərin, qonaqların şəhərimizi belə təmiz görməsi vətəndaşları daha da məsuliyyətli olmaqa vadar edir”.
Paytaxt sakini Nurlan Bəşirli: “Mənim fikrimcə yerə tullantı atan bir şəxsin etdiyi hərəkət onun mədəniyyətsizliyin göstərir.
Bu ailədən valideyn tərbiyəsindən də cox şey aslıdır hələ uşaq dövrlərindən valideyn övladına həm nümunə olmalı, həmdə onda küçə mədəniyyəti ilə bağlı fikir formalaşdırmalıdır. Mən onu deyə bilərəm ki, biz rahat təmiz bir şəhərdə yaşayırıqsa bunu səhər saatlarında küçələrimizi təmizləyən mənzil istismar sahəsinin təmizlik işləri departamentinin əməkdaşları daha çox o sahədə çalışan xanımlarımıza borcluyuq. Ən azından zibil qutularına deyil də yerə zibil atan vətəndaşlarımız hələdə varsa, o zaman o xanımların əziyyətini gözlərinin önünə gətirərək, bu fikirlərindən daşınsınlar. Mən onuda deyə bilərəm ki bu gün ölkəmizdə yerə tullantıların atılması halları baş verirsə, o zaman vətəndaş inzibati qaydada məsuliyyətə cəlb edilir və müəyyən cərimə tətbiq olunur. Mən bu qanunu dəstəkləyirəm və vətəndaşları məsuliyyətli olmağa səsləyirəm”.

Paytaxt sakini Ayşən Sadıxzadə: "Yerə zibil atmaq heç etik davranış deyil. Düşünürəm ki, bununla bağlı müvafiq cəza tədbirləri görülməlidir ki, bəlkə bundan sonra insanlar bu addımı atmaqdan çəkinələr. Həmçinin, yaxın sıxlıqda zibil qutuları da olmalıdır. Bu çox vacibdir".
Paytaxt sakini Qaçay Əhmədov: “Ümumiyyətlə vətəndaşlarımız Zibil qutularına deil də yerə tullantılar atanda cox pis oluram. Bəzən yaxınlaşıb öz iradımı bildirsəmdə buna məhəl qoymurlar. Amma onuda bilmirlər ki onlar belə laqeyd hərəkətlər etdikcə təbiətimiz korlanır, ətraf mühitə zərər verir və gələcək nəsilə gözəl və təmiz
dünya əvəzinə çirkli bir dünya qoyub gedəcəklərin fərqində deillər. Mən sonda fikirlərimi bununla bitirə bilərəm ki, əgər təmiz bir dünya görmək istəyiriksə o zaman ətrafımızı təmiz saxlamalıyıq”.
Paytaxt sakini Alimurad Muradov: “Sözün düzünü desəm əvvəllərmən də siqaret çəkərək zibil qutusu əvəzinə və yaxud su butulkalarını içdikdən sonra yerə atırdım. Sonra bir gün bunu fərqinə vardim ki, şəhərimizi təmizləyən işçilərin yerinə öz valideynlərimi qoydum və etdiyim hərəkətin cox səhv hərəkət olduqunu anladım. Bildiyim qədər bununla bağlı cərimələr də tətbiq olunur və mən bu qərarı dəstəkləyir, hətta onuda deyə bilərəm ki cərimənin miqdarı 100-150 azn dəyərində olmalıdır ki, vətəndaş bir dəfə etdiyi bu hərəkəti bir daha təkrarlamasın”.
Paytaxt sakini Təranə Əhmədova: “Mən deyə bilərəm ki siz cox gözəl bir məsələ qaldırmısınız. Mən dəfələrlə şahidi olmuşam ki, gənc oğlan və yaxud qız
yolda gedərkən əlindəki paketi, zibili, və ya siqaret külünü yerə atır. Dəfələrlə iradımızı bildirsək də tam əksinə bizim iradlarımıza məhəl qoymayaraq etdikləri hərəkətlərə davam edirlər. Mən bir yaşlı insan kimi onu deyə bilərəm ki, gənclər və orta nəsil insanlarımız təbiətimizi korlamasın təbiətimizə gözləri kimi baxsınlar”.

Paytaxt sakini Vahid Rzayev: Mən onu deyə bilərəm ki,gənclər bəzən də yaşlı nəsildə də belə hadisələr baş verir, misal olaraq gətirərsək siqaret paketi bitib ve boş paketi zibil qutusu əvəzinə yerə atırlar. Bu özü bir mədəniyyətsizlikdir. Bəzəndə vətəndaşlarımız istirahət zonalarına səfər edir və vaxtlarını səmərəli keçirmək istəyir həftə sonları. Amma getdikləri meşə və digər yerlərdə zibillərini zibil qutusu əvəzinə yerə atır və təbiətimizi korlayırlar. Meşədə od qalayıb söndürmürlər və bununda nəticəsində meşə yanğınları baş verir".
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB