Sərxoş halda avtomobili idarə edənlər - DİQQƏT! - İDARƏ RƏİSİ AÇIQLADI
“Şəxsin nəqliyyat vasitəsi idarə edərkən yorğun, xəstə vəziyyətdə olması və yaxud narkotik, digər güclü təsir göstərən psixatron maddələri, eləcə də spirtli içkilərin qəbul edilib sükan arxasında avtomobili idarə etməsi yol verilməzdir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə ardıcıl və təsirli tədbirlər görülüb, görülür və görülməkdədir: “Hər halda bu cür Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrində sərxoş sürücülərin İnzibati Xətalar Məcəlləsinə vaxtında edilmiş dəyişikliyə görə və bununla bağlı tətbiq edilən inzibati tənbeh tədbirləri olduqca təsirli olduğu üçün artıq sürücülər qeyd etdiyim kimi sərxoş vəziyyətdə olduğu halda dərhal aidiyyatı üzrə ayıq sürücü xidmətinə zəng etməlidirlər”.
Vaqif Əsədov həmçinin qeyd edib ki, spirtli içkilərə meyilli olan şəxslərə yol hərəkətində, xüsusilə sükan arxasında olarkən nəqliyyat vasitəsini idarə etməsindən çəkinməyi tövsiyə edirəm: “Narkotik və digər güclü təsir göstərən psixatron maddələri, eləcə də spirtli içkilərin təsiri altında nəqliyyat vasitələrin idarə edilməsinə görə, cərimə və sürücülük hüququndan məhrum edilməsi üçün hakim qərarı lazım olur. Eyni zamanda sürücünün əməli 5 cərimə balı ilə qiymətləndirilir. Yəni il ərzində həmin sürücü təkrar sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi aşkarlanırsa 20 və daha artıq bal toplayaraq avtomatik sürücülük hüququndan məhrum edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB