Bəlkə birinin ömrünə az qalıb və nəvəsinin toyunu görmək istəyir? - DEPUTATLAR NARAZILIĞINI BİLDİRDİ
Azərbaycanda koronavirus pandemiyasına görə 2020-ci ilin mart ayının 14-dən kütləvi mərasimlərin, o cümlədən toyların keçirilməsi qadağan edilib. Ötən 10 ay ərzində bir çox qadağalar ləğv olunsa da, toy qadağası hələ də qüvvədədir və buna icazənin nə vaxt veriləcəyi məlum deyil. Bir çox cütlüklərin evlənə biləcəkləri günü intizarla gözləməkdən başqa çarələri yoxdur. SİA olaraq məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrəndik:

Milli Məclisin üzvü Razi Nurullayev: "Bir il yarımdan çoxdur ki, insanlar toy etmək həsrəti ilə yaşayır. Cavanlar toy etmək istəyir. Yaşlı insanlar isə ölmədən öz nəvələrinin toyunu görmək arzusundadır. Bu baxımdan toy edənlərin qanunu pozaraq, hər cür vasitədən istifadə edərək toy etməsini qınamaq olmur. Çünki buna ciddi ehtiyac yaranıb. Digər bir tərəfdən artıq xəstəlik də azalıb. Havalar da istidir. İnsanlar elə açıq havada da toy edə bilər. Bunun üçün kifayət qədər imkanlar var. Bu imkanlar olduğuna görə də insanlara toy etmək üçün icazə vermək lazım idi. İnsanlar artıq elə bir həddə çatıb ki, məcburiyyət qarşısında qalaraq qanun pozuntusuna gedib toy edirlər.
Axı insanlara necə deyək ki, “siz biraz da gözləyin”?! Bəlkə birinin evində qoca adam var və ömrünə az qalıb, nəvəsinin toyunu görmək istəyir. Bu insanı necə qınayaq? Qanun və qadağa öz yerində. Mən qanunu da anlayıram. Hamımız qanunlara hörmət etməliyik. Amma, artıq indi imkan var ki, toylar olsun. Şadlıq evlərinin hərəsinin də 2-3 hektar ərazisi var və hamısı da gözəl gül çiçək içindədir. 2-3 metrdən bir stol-stul qoyub da toy etmək olar. Bu baxımdan mən düşünürəm ki, toylara icazə vermək lazımdır. Onsuz da kim toy istəyirsə bir yol tapıb bunu edir. Bu bir həqiqətdir. Artıq o qanun kağız üzərindədir. Mən çox istəyirəm ki, yaxın zamanlarda toylara icazə verilsin”.

Milli Məclisin üzvü Fazil Mustafa: "Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Operativ Qərargahın öz yanaşması var. Qərarların bəziləri məntiqli olmasa belə, bunlara uyğunlaşmaq lazımdır. Məsələ gündəmdə qalır və heç bir şey etmək mümkün deyil”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB