Elmir Vəlizadə vəzifəsindən azad edilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tutduğu vəzifədən azad edilib. SİA-nın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, bu vəzifəyə Rövşən Rüstəmov təyin edilib.

R.Rüstəmov bundan əvvəl "Azərkosmos" ASC-nin sədr müavini və sədr vəzifələrini icra edən işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...