YAP Daşkəsən rayon təşkilatı yaralı hərbçilərlə görüş keçirib - FOTOLAR

YAP Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırov 15 İyun Milli Qurtuluş günü münasibətilə II Vətən Müharibəsində igidlik göstərmiş Daşkəsən şəhərində yaşayan Əhmədov Abbas Amil oğlu və Aşağı Daşkəsən kəndində yaşayan Əliyev Ceyhun Məşdi oğlu ilə görüş geçirib. Baş leytenant Əliyev Ceyhun Məşdi oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı”, “Qüsursuz xidmətə görə “3-cü dərəcəli medal”, “Şücaətə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi“ yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Kəlbəcərin Azad olunmasına görə” medalı ilə təltif olunub.

Əsgər Əhmədov Abbas Amil oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə ilə təltif olunub. Hər iki hərbiçimiz şiddətli döyüşlər zamanı ağır yaralanmış və hazırda müalicələri davam etdirilir.

Sərdar Xıdırov onlara və valideynlərinə belə igid övladlar tərbiyə edib böyütdüklərinə görə öz təşəkkürünü bildirib, tezliklə onların öz sağlamlıqlarına qovuşmaqlarını arzulayıb.

Hər iki hərbiçiyə ərzaq bağlaması təqdim olunub.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə