Metroda problem yarandı, qatarların hərəkəti ləngidi

Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.

SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə metronun "28 may" - "Gənclik" istiqamətində qatarların hərəkətində 30 saniyə gecikmə olub: "Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə