Qarpızla yemişi bir yerdə yemək olmaz - DİQQƏT! - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

“Ümumiyyətlə yemişlə qarpızı birlikdə yemək olmaz. Eyni zamanda, buraya digər meyvələr də daxildir. Səbəb isə həddindən artıq lifli və maye tərkibli qida olduğu üçün bir çox hallarda bunların birlikdə və lazım olan miqdardan artıq qəbulu ishala səbəb olur. İshal da ən böyük problemlərdən biridir. Bununla da orqanizm həddindən artıq maye itirir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bundan yaranan xəstəliklərdə əsas əlamətlər isxal, qusma, ürəkbulanma və qarın bölgəsindəki ağrılardır: “Ümumiyyətli, qarpızla yemişi eyni anda yemək olmaz. Onları 2 saat aralıqla və yaxud da yeməkdən 2 saat sonra yemək məqsədəuyğundur. Ana yeməklə bərabər qəbul etmək olmaz. Tutaq ki, günün bir yarısında qarpızdan istifadə edilirsə, digər yarısında da yemişdən istifadə edilsin”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Eyni zamanda, üzüm də çox təhlükəli ola bilər. Daha yaxşı olardı ki, həmin vaxtda digər meyvələrdən də çəkinin. Yəni, birlikdə yeməyin. Bu qanda şəkərin artmasına səbəb olur. Ümumiyyətlə, yaxşı olar ki, bu kimi meyvələr soyuqda deyil, yay fəslində qəbul olunsun. Yayda bunları sərin şəkildə yeyirlər ki, bu da mədəsində həssaslıq olan insanlarda tez özünü göstərir. Özünü göstərməsə belə, bağırsaqda, həzm sistemində problemlərə səbəb olur. Eyni zamanda da maddələr mübadiləsini ləngidir. Bu hallara mütləq diqqət etmək lazımdır. Belə halların yaşanmaması üçün hər meyvəni öz mövsümündə yeməliyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə