Alimlər yaxınlaşan “Alzeymer” xəstəliyinin 5 əlamətini açıqladı - SİYAHI

İngilis həkimlər yaxınlaşmaqda olan əqli zəifliyin beş əlamətini açıqlayıblar.

Bunlar 40 yaşında belə görünə bilər. SİA xəbər verir ki, bu barədə “Alzeymer” xəstəliyini öyrənmək üçün İngiltərə xeyriyyə təşkilatının məlumatlarına istinad edən “Daily Express” yazır.

Hər şeydən əvvəl, insanın görmə qabiliyyəti pisləşə bilər, cisimlərin məsafəsini və hərəkət sürətini qiymətləndirməkdə problemlər ola bilər.

İkincisi, tam və ya qismən bir nitq itkisi, düşüncələri ifadə etmək üçün söz tapmaqda çətinlik ola bilər.

Üçüncüsü, insan depressiyaya düşə, əsəbi və özünə inamsız ola bilər.

Dördüncüsü, “Alzeymer” sindromu inkişaf edən bir xəstə zaman və məkan hissini itirə bilər.

Beşinci simptom yaddaş itkisidir.

Əvvəllər orta yaşda müntəzəm yuxu məhrumiyyətinin qocalıqda “Alzeymer” riskinin artması ilə əlaqəli olduğu qəbul edilmişdir.

Bu, qazanılmış bir xəstəlikdir, əvvəllər əldə edilmiş bilik və praktik bacarıqların bu və ya digər dərəcədə itkisi ilə idrak fəaliyyətində davamlı azalmanın nəticəsidir. Çox vaxt bu vəziyyət qocalıqda müşahidə olunur.

Hər il dünyada 10 milyona yaxın yeni “Alzeymer” hadisəsi qeydə alınır.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə