Günəş yanıqlarından qısa müddətdə qurtulmağın yolları - BİLMƏNİZ MƏSLƏHƏTDİR
Günəş vannası qəbul edərkən əgər fərqində olmadan çox qızarmısınızsa, aşağıdakıları etməyiniz faydalı olacaq.
1. Duşa girin
Sərin suyun altına girmək sizi rahatlaşdıracaq, bu səbəbdən ən tez müddətdə duşa girməniz məsləhətdir.
2. Losyon çəkin
Bədəninə hələ nəm ikən alor vera ilə nəmləndirici losyon çəkin. Yanıq yaxşılaşana qədər gündə bir neçə dəfə təkrarlayın.
3. Dərman qəbul edin
Ağrını yüngülləşdirən və şişkinliyi azaltmağa kömək olması baxımından tərkibində ibuprofen olan dərman qəbul etməyiniz məsləhətdir. (təbii ki, həkimlə danışandan sonra)
4. Soyuq tətbiq edin
Əgər günəş yanığı lokaldırsa, yəni bədəninizin sadəcə bir hissəsi yanıbsa o hissəyə soyuq kompres tətbiq edin. Dəriniz üçün ən yaxşı kompres soyuq süd və ya buzlu su ilə isladılmış bezdir. Südün sərinliyi və ph səviyyəsi, eləcə də tərkibindəki proteinlər dərinizi rahatlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB