Deputat: “Normalara cavab verməyən maşınlar yollara buraxılmasınlar”

Deputat: “Normalara cavab verməyən maşınlar yollara buraxılmasınlar”

"Azəryolservis" ASC-nin prezidenti, deputat Cavid Qurbanov paytaxtın nəqliyyat sistemidə tez-tez şikayət edilən tıxac problemi ilə bağlı danışıb. SİA-nın məlumatına görə, deputat bildirib ki, Bakı şəhərində tıxac yox, sıxlıq problemi var.

"Şəhərdə taksi dayanacaqları yoxdur. Halbuki, taksilər çağırışla işləməlidir",-deyən C.Qurbanov bildirib ki, yeraltı taksi qarajlarının olmaması problemi bir qədər də çətinləşdirir.

Bakıda yeraltı taksi qarajları və onu tikmək üçün torpağın olmadığını da dilə gətirən deputat təklif edib ki, normalara cavab verməyən maşınlar yollara buraxılmasınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə