Hadı Rəcəbli: “Bu gün Azərbaycanda bəzi ailələr iki uşaq və 6 it böyüdürlər”
Eyni zamanda bu kimi neqativ halların qarşısının alınması üçün nümunəvi ailələr təbliğ olunmalıdır. H. Rəcəbli hesab edir ki, ideal ailə qismində televiziyalarda müğənnilərin göstərilməsi də müsbət deyil: "Örnək və nümunəvi ailələr təbliğ olunmalıdır. Çox nadir halda görürsən ki, ailə ilə bağlı veriliş hazırlanır. Eyni zamanda müğənniləri təbliğ edərək ideal ailə kimi göstərilməsinə də münasibətim çox pisdir. Müğənnilərin təbliği yalnız "Evurovision"da qalib olmağımıza kömək etdi. İdeal ailə formasını axtarmaq üçün gərək kəndlərə gedək. Oradan qəsəbələrə keçək, sonra şəhərlərə və sonda paytaxta gələk. Çünki Bakı urbanizasiyanın mərkəzidir və burada adəti qorumaq çətindir. Odur ki, ideal ailə formasını kəndlərdə axtarmaq lazımdır".
""Məişət zorakılığı"ilə bağlı qanun layihəsinin qəbul olunması milli adət-ənənələrə zidd olması" barəsində mövcud olan fikirlərə gəlincə H. Rəcəbli bildirib ki, qanun zamanın diktəsi ilə gündəmə gəlib: "Belə ki, adət-ənənələrinin pozulması fonunda ailədə baş verən münaqişələr zamanı il ərzində orta hesabla 70 ölüm faktı qeydə alınır. Ya ər arvadı, ya da arvad əri qətlə yetirir. Bilirsiniz, ailələrin qorunmasında ən əsas yeri adət-ənənələr tutur. Mən bu gün Hacıxanımları tanıyıram ki, hicab taxmır amma lazımı şəriəti qoruyur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB