DSMF sədri: “Plastik kartların banklar tərəfindən təqdim olunması ilə bağlı işlər aparılır”
"Dövlət Sosial Müdafiə Fondunda korrupsiya ilə mübarizə sayəsində böyük işlər görülür. Bütün şöbələrdə 4 aya yaxındır ki, növbətçilik rejiminə keçmişik". SİA-nın məlumatına görə, bu sözləri DSMF sədri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında deyib.
O bildirib ki, iyulun birindən DSMF-də korrupsiya ilə mübarizə rejimi daha da gücləndiriləcək.
Bu il Suraxanı rayonu şöbəsində aparılan yoxlamaların materiallarının Respublika Prokurorluğuna göndərildiyini deyən S. Müslümov söyləyib ki, yoxlamalar zamanı başqa yerlərdə də aşkarlanmış neqativ hallar barədə məlumatlar da həmin orqana təqdim olunub.
Şikayətlərə gəlincə DSMF sədri bildirib ki, ən çox şikayətlər əsasən pensiyaların vaxtında ödənilməməsi və plastik kartların hazırlanmasının gecikməsi ilə bağlıdır: "Buna görə də hazırda plastik kartların banklar tərəfindən təqdim olunması ilə bağlı işlər aparılır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB