YAP nümayəndələri şəhid övladının yaşını təbrik ediblər - FOTO

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Yarıyev Elsevər Qalib oğlunun ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Vüqar Seyidov təşkilat adından şəhidin 8 yaşı tamam olan qızı Güləridoğum günü münasibətilə təbrik edib, ona hədiyyələr təqdim edib.

Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədrisöhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Şəhid Elsevər Yarıyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...