Bu qidaların istifadəsi sağlamlıq üçün düzgün hesab olunmur - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI
“Əsasən idmanla məşğul olan insanlar əzələ kütləsini bərpa etmək üçün zülal tərkibli proteinlərdən istifadə edirlər ki, bunların istifadəsi sağlamlıq üçün düzgün hesab olunmur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, idman qidaları əvəzinə balanslaşdırılmış, zülal tərkibli qidalardan istifadə etsələr daha keyfiyyətli şəkildə həm əzələ kütləsi bərpa olunar, həm də sağlamlığa zərər vermiş olmaz: “İdman qidaları əvəzinə əsasən süd, yumurta, ət məhsulları, balıq kimi məhsulları istifadə etmələri məqsədə uyğundur. Süni şəkildə olan qidalardan istifadə etmənin zərəri ondan ibarətdir ki, bu qidaların tərkibində soya və yaxud qarğıdalı tərkibli geni dəyişdirilmiş süni zülallardan istifadə olunur. Bunlar da orqanizmdə demək olar ki, birbaşa yığılıb damarlarda qalır və həll olunmur. Həmin qidalar əzələ kütləsini bərpa etmiş kimi görünsə də müəyyən bir vaxtdan sonra öz fəsadlarını göstərir".
Məhsəti Hüseynova həmçinin qeyd edib ki, bu cür zülalların həddindən artıq qəbulu böyrək çatışmazlığına gətirib çıxardır: “Çünki zülallar həll olduqda tərkibindəki parçalanan amin turşuları böyrəklər vasitəsilə atılır. Ümumiyyətlə bu cür süni qidaların əvəzedicisi olaraq sağlam və təbii qidalar qəbul edilməlidir. Bundan əlavə həm karbohidrat tərkibli, həm də maye balansını ümumiyyətlə bərpa etmək lazımdır ki, orqanizm sağlam və düzgün şəkildə bərpa olunsun".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB