Yazılı bildiriş vermədən qaz və elektrik xəttini kəsən müfəttişlər məsuliyyətə cəlb olunacaqlar

Yazılı bildiriş vermədən qaz və elektrik xəttini kəsən müfəttişlər məsuliyyətə cəlb olunacaqlar

Bu gün Milli Məclisin yaz sessiyasının son iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda ilk növbədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, dəyişiklikdə əsas məqsəd qaz və elektrik xətlərinin yazılı bildiriş verilmədən kəsilməsinin qarşısını almaqdır.

Onun sözlərinə görə, layihəyə dəyişikliklərdən sonra yazılı bildiriş vermədən xəttləri kəsən müfəttişlər məsuliyyətə cəlb olunacaqlar. O müfəttişlər üçün cərimə təyin olunacağını da qeyd edib.

Sonda layihə müzakirələrdən sonra qəbul olunub.

Qeyd edək ki, bu gün Milli Məclisin gündəliyində həmçinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanununun layihəsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi barədə, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi barədə, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununun layihəsi barədə, Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi barədə müzakirələr durur.

Bütün xəbərlər Facebook səhifəmizdə