Azərbaycan əhalisinin bir ayda xərclədiyi pulun həcmi açıqlanıb - RƏSMİ

Azərbaycan əhalisinin bir ayda xərclədiyi pulun həcmi açıqlanıb - RƏSMİ

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alıb. SİA xəbər verir ki, son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 240,6 manat pul xərcləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə