YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib

YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib

Yeni Azərbvaycan Partiyası Qaradağ rayon təşkilatında 10 iyun 2021-ci il tarixində ərazi partiya təşkilatlarının sədrləri ilə video-müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov müşavirədə çıxış edərək YAP sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan siyasi, iqtisadi və hərbi uğurlara toxunub.

Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və qazanılan nailiyyətlər hər birimizi qürurlandırır və üzərimizə düşən məsuliyyət hissini artırır.

A.Hüseynov müşavirədə qarşıdan gələn müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrdən biri olan Milli Qurtuluş Günü barədə danışıb. Qeyd olunub ki, Azərbaycan 1993-cü ildə - parçalanaraq müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev xalqımızın yekdil şağırışı ilə hakimiyyətə qayıdaraq ölkəmizi yeni bir inkişaf dövrünə qovuşdurdu. Ümummilli lider müdrik rəhbərliyi sayəsində Azərbaycanın dövlətçiliyini məhv olmaqdan xilas etdi. Ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyaraq bu günə gəlib çatdı.

Müşavirədə YAP Mərkəzi Aparatı tərəfindən partiyanın rayon və ərazi təşkilatları qarşısında qoyulan vəzifələrə toxunulub, görülən işlər barədə danışılıb, çatışmamazlılqların aradan qaldırılması üçün müvafiq işlərin görülməsi müəyyənləşib.

Partiya uçot işi, üzvlük haqqları və qəbulla bağlı müvafiqlar tapşırıqlar verilib. İlin əvvəlindən partiya sıralarına 431 nəfərin üzvlüyə qəbul olunduğu bildirilib. “Sədərək” Ticarət Mərkəzi, SOCAR Metanol zavodu, Qaz emalı zavodu və digər ərazi partiya təşkilatlarının fəaliyyəti müsbət qiymətləndirlib.

Müşavirədə ərazi partiya təşkilatlarının sədrləri çıxış edib, fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə