İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. SİA xəbər verir ki, müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər 18 iyun 2021-ci il saat 17:00-dək AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M (əlaqələndirici şəxs: İlham Əliyev, telefon 012-502-47-53/56/58, daxili 144) ünvanına təqdim edilməlidir.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). Kotirovka sorğusu proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 21 iyun 2021-ci il saat 11:00-da zərflərin açılışında iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB