Bu gün Parlamentin Sosial siyasət komitəsinin iclası keçirilib. SİA-nnın məlumatına görə, iclasda iki məsələyə - "Əmək pensiyaları haqqında" qanuna və Əmək Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə baxılıb.
İclasda çıxış edən komitə sədri Hadi Rəcəbli bildirib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin elmi-tədqiqat müəssisələrinə şamil edilməməsi öz əksini tapır.
"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərə gəlincə, komitə sədri bildirib ki, qanunun 19.3-cü maddəsinə nəzərdə tutulan dəyişiklikdə qeyd olunur ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, lakin işləməyən əmək pensiyaçılarının əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat əlavə hesablanır.
Hazırda müzakirələr davam edir hər iki sənədin parlamentin yaz sessiyasının bugünkü sonuncu plenar iclasının gündəliyinə tövsiyə edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB