AQTA reydləri davam etdirir - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. AQTA-dan SİA-ya verilən məlumata görə, agentlik əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə İsmayıllı rayonunda Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirib.

Yoxlama zamanı ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə