Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinə icazə verilir.

SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub.

Qərara əsasən, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə