Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması prioritetdir - DEPUTAT ŞƏRH ETDİ
“Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması prioritetdir. Yol mədəniyyət deməkdir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə yolların yenidən qurulması istiqamətində böyük layihələr icra olunub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, son 17 ildə 17 min kilometrdən artıq yol tikilib və dövlət vəsaiti hesabına insanların avtomobillə hərəkətində kifayət qədər rahatlıq yaradılıb: “Bu gün işğaldan azad olunmuş ərazilərdə də yolların yenidən qurulması istiqamətində böyük layihələr icra olunur. Bu ilin sonuna qədər "Zəfər" yolunun tikintisi başa çatdırılacaq və həmçinin digər istiqamətdə də yollar inşa olunur”.
A.Badamov vurğulayıb ki, eyni zamanda yol infrastrukturu təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, digər regionlarda harada ki, yolun yenidən qurulmasına ehtiyac varsa, yollar yenidən qurulur: “Cənab Prezidentin imzaladığı son sərəncama əsasən 5 rayonun yol infrastrukturunda yenidənqurma və abadlıq işləri nəzərdə tutulur ki, məhz bu da cəmiyyətimiz tərəfindən çox yüksək dərəcədə qiymətləndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB