Çiyələk şübhəsiz ki, yay mövsümünün ən dadlı meyvələrindən biridir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çiyələkdəki vitaminlər orqanizmimizə nə qədər faydalıdırsa, toxumundakı yağ da dərimizi bir o qədər qidalandırır. Çiyələyin toxumlarından əldə edilən çiyələk yağı sızanaqlara, qırışlara və bir çox dəri problemlərinə faydalıdır.
Çiyələk meyvəsi dadlı olmaqla yanaşı, həm də çox faydalıdır. Çiyələk yağı, çiyələyin üzərindəki toxumlardan əldə edilir. Çiyələk yağı biotin, folik turşusu, ellagik turşusu, likopen, B5, B6 və C vitaminləri ilə çox zəngindir. Çiyələk sızanaqlara qarşı mübarizədə ən təsirli meyvədir. Bu səbəbdən çiyələk yağı sızanaq problemlərinə yaxşı təsir göstərə biləcək bir yağdır. Xüsusilə içindəki antioksidanlar sayəsində sızanağın meydana gəlməsinin qarşısını alır.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə