"Virus törədiciləri insanların həyatına zərər verə bilər" - BİRLİK SƏDRİ XƏBƏRDARLIQ ETDİ

"Virus törədiciləri insanların həyatına zərər verə bilər" - BİRLİK SƏDRİ XƏBƏRDARLIQ ETDİ

"AQTA tərəfindən ölkəyə toxumların daxil olması üçün icazə verilir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bu icazələr yalnız sənədlər əsasında olur: “Yəni toxumların genetik modifikasiya olunmadığını sübut edən sənədlər, toxumların Azərbaycanda qeydiyyatdan keçdiyini sübut edən sənədlər vəsait əsasında olur. Şübhəsiz ki, əgər toxumlarda müəyyən viruslar törədicilər olarsa, bu Azərbaycanın təsərrüfatına böyük zərbə ola bilər”.

Eyyub Hüseynov həmçinin qeyd edib ki, Azərbaycanın ətraf mühiti, kənd təsərrüfatı bu viruslardan ciddi şəkildə qorunur: “Azərbaycanın ətraf mühitinin qorunmasında toxumlarda olan virusların aşkarlanması böyük rol oynayır. Qeyd etdiyim kimi həmin viruslar birinci kənd təsərrüfatına böyük zərbə vura bilər. O sahənin biznesini, əkinçiliyini çökdürə bilər. Şübhəsiz ki, virus törədiciləri insanların həyatına da zərər verə bilər”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə