Azərbaycanda sosial şəbəkələrə qadağalar tətbiq olunur? - MEDİA EKSPERTİ AÇIQLADI
"Sosial şəbəkələrdə məsuliyyət məsələsini ciddi şəkildə qoymaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, sosial mediadan istifadə eləyənlərin bir çoxları saxta hesablardan istifadə edirlər və ona görə də məsuliyyətdən yayına bilirlər: "Düşünürəm ki, insanları məsuliyyətə dəvət və cəlb etmək üçün sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olsun. Yəni sosial şəbəkədən istifadə etmək üçün qeydiyyatdan keçərkən real şəxsi bilgilərdən istifadə etsinlər. Bu ona görə lazımdır ki, sosial medialardan sui-istifadə edən, dezinformasiya yayan, başqaları tənqid, təhqir və ya şantaj edən adamları tapıb məsuliyyətə cəlb etmək üçün şərait yaransın. Əks təqdirdə insanlar saxta ad altında gizlənirlər və təbii olaraq, onları tapmaq və məsuliyyətə cəlb etmək problem olur. Biri də öz adı altında bu cür işlərlə məşğul olanlar var. Təbii ki, bunları bilməzlikdən edirlər".
Azər Həsrət həmçinin qeyd edib ki, digər tərəfdən də onların arasında da elələri də var ki, məqsədli şəkildə bu işlə məşğul olurlar: "Yəni onlar bunu cəmiyyətdə çaxnaşma, insanların sinirləri ilə oynamaq, əsəb gərginliyini yüksəltmək üçün məqsədli şəkildə edirlər. Təbii ki, bu cür adamların aşkarlanıb məsuliyyətə cəlb edilməsi işin həlli yollarından biridir. Lakin ən əsası odur ki, sosial mediadan insanlar real şəxsi bilgiləri ilə qeydiyyat keçsinlər".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB