“Hökumətin 2020-ci il dövət büdcəsinin icrası haqqında sənədini mükəmməl sənəd sayıram. Bütün dünya üçün o cümlədən ölkəmiz üçün çətin keçən bu ildə hökumətimiz bu imtahandan maksimum uğurla çıxdı. Hökumət üzvlərinin iclasımızda iştirak etməsindən istifadə edərək Şəki şəhərində həlli vacib olan bir məsələni nəzərinizə çatdırmaq istəyirəm”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.
Deputat bildirib ki, 2020-ci ilin iyul ayında güclü külək və leysan yağışların yağması nəticəsində şəhərin mərkəzi hissəsi ilə axan Qurcana və Dəyirmanarxı çaylarının 2 km uzunluğunda istinad divarları uçmuşdur: “Baş verən bu hadisədən sonra orada mövcud olan 217 nəfər sakinin yaşadığı və birinci mərtəbəsində 2 uşaq bağçasının yerləşdiyi çoxmənzilli yaşayış binalarının bünövrələrinin altına su sızıb. Bina və ərazidəki obyektlərə sel düşməsi təhlükəsi yaranmışdır. Dəfələrlə şəhər icra hakimiyyəti müvafiq nazirlik və komitələrə müraciət etmişdir. Artıq problemə görə şəhərin mərkəzi hissəsi olan 20 yanvar küçəsi bir müddət bağlı qalmışdır. Bu da Şəkiyə gələn qonaqlar və yerli sakinlər üçün təhlükə mənbəyinə çevrilib”.
V.İsgəndərov vurğulayıb ki, Şəki qədim tarixi və turistik şəhərdir: “Şəhərin tarixi hissəsi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxildir. Onu da qeyd edim ki, şəhərin bu siyahıya daxil edilməsi cənab prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın böyük səyi və zəhməti hesabına olmuşdur. Hamıya məlumdur ki, YUNESKO-nun monitorinq qrupları mütəmadi olaraq üzv olan şəhərlərə gəlirlər və görülən işlərlə tanış olurlar. Həmin təhlükə yaranan ərazi şəhərin mərkəzi hissəsi olmaqla yanaşı, həm də tarixi hissəni birləşdirir. Dağılmış istinad divarları təhlükə ilə yanaşı, həm də həmin ərazinin görkəminə ciddi xələl gətirir. Müvafiq təşkilatlardan bu məsələlərin tezliklə həll edilməsinə yardımçı olmalarını xahiş edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB