Vəsaitlər ayrılır ancaq nəticədə biz hər hansı kino əsəri görmürük - Samir Şərifov
Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrılıb. Hesab edirəm ki, bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə vermək olar. SİA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə milli kinomotoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinomotoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb: “Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq etiraf edim ki, biz onu qəbul etməmişik çünki biz orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır ancaq nəticədə biz hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB