Bildiyimiz kimi futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlama verib.
O, qeyd edib ki, iyunun 12-də Bakı Metropoliteni normal iş qrafiki ilə çalışacaq: “Yəni, səhər saat 06:00-dan gecə saat 00:00 qədər fəaliyyət göstərəcək. Sərnişinlər Bakı Metropolitenindən rahatlıqla istifadə edə biləcəklər”.
Bəxtiyar Məmmədov sözlərinə belə davam edib: “Bu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin may ayının 26-da “xüsusi karantin rejiminin uzadılması” ilə bağlı qəbul etdiyi qərarda da əksini tapıb. Ümumiyyətlə iyun ayının hansı günlərində Bakı Metropoliteninin sərnişin daşıma fəaliyyətini həyata keçirməyəcəyi birmənalı şəkildə həmin sənəddə qeyd olunub”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB