Ölkəmizdə iqtisadiyyatın gücləndirilməsinə daim diqqət yetirilir. Çox fərəhli haldır kİ, qarşıdakı illərdə yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi yaxşılaşdırmaq təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini və özəl sektorun iştirakçılığını gücləndirmək proqnozlaşdırılır.
Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Ölkəmizdə daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi qurulacaqdır. Ölkə iqtisadiyyatının təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət artırılacaq. Bununla da Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafını təşkil edəcək.
Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının cari ilin yanvar ayının 1-dən tədavülə buraxılmasını elan edib. Hazırkı dövrdə tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Yenilənmiş 1, 5 və 50 manatlıq pul əskinazlarında müasir mühafizə elementləri olaraq “RollingStar Lead” holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və sair tətbiq olunub. Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması prosesləri davam edir.
Son illərdə Bakıda müasir üslubda tikilmiş hündürmərtəbəli binalar sırasına daha biri əlavə olundu. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir memarlığı ilə diqqəti cəlb edir.
2021-ci ilin may ayının 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak etdi. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına yeni binada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yeni inzibati binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada müasir multimedia vasitələri ilə təchiz olunmuş, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, həmçinin iş, iclas otaqları yaradılıb.
Bina mərkəzi dairəvi özəyə bağlanmış bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır. Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır.
Diqqətə çatdırıldı ki, inşaat qrupu yenilikçi həll yolu olan, hər bir kubun altında polad fermalardan istifadə edərək, dəmir beton sütunları və perimetr boyu yerləşən tirlərdən gələn yükləri bina özəyinə ötürən bir sistem dizayn edib. Tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin yeni inzibati binası geniş quruculuq meydanına çevrilən, dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.
İbrahim Şükürov,
Masallı rayonu, Qasımlı kəndinin sakini.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB