Mayın 31-də Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işinə başlayacaq. SİA-nın xəbərinə görə, bu gün tədbir iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov jurnalistlərə bildirib ki, bu gün sessiyanın qapalı iclası keçiriləcək. Mahmud Kərimovun sözlərinə görə, sabah sessiyanın Bakı Biznes Mərkəzində açılış mərasimində Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti ünvanlanacaq. Bundan sonra müxtəlif ölkələrin bioetika üzrə ekspertlərinin məruzələri dinləniləcək.
AMEA prezidenti bildirib ki, sessiyada ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetik, bioetika sahəsində YUNESKO bəyannamələrinin icrası kimi məsələlər müzakirə ediləcək. Sessiya iyun ayının 2-dək davam edəcək. İyunun 4-də isə AMEA-nın İnsan Hüquqları İnstitunda bioetika üzrə xarici ekspertlərin iştirakı ilə treninq-seminar keçiriləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutan tədbir YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Azərbaycan hökumətinin dəstəyi ilə keçiriləcək. 80-da yaxın xarici qonağın qatılacağı sessiya ilk dəfədir ki, MDB dövlətlərində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB