Yaxın 3 gün ərzində hava necə olacaq? - Proqnozlar Bürosunun direktoru

Yaxın 3 gün ərzində hava necə olacaq? - Proqnozlar Bürosunun direktoru

“Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 25-30 dərəcə isti olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bölgələrə verilən hava proqnozuna gəldikdə isə əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək lakin, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: “Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı dolu düşəcəyi ehtimal edilir. Havanın temperaturu 29-34 dağlıq ərazilərdə isə 16-21 dərəcə olacaq”.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə