Sabunçuda əl qumbarası tapılıb FOTO

Sabunçuda əl qumbarası tapılıb FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə döyüş tətbiqinə yararlı 1 ədəd "F-1" əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə