Azərbaycan millət vəkilləri Şimali Kiprdə “Azərbaycan gecəsi”ndə iştirak ediblər
Azərbaycanın Respublika Günü münasibətilə Şimali Kiprin Yaxın Doğu Universitetindəki Atatürk Mədəniyyət Mərkəzində Azərbaycan gecəsi təşkil olunub. SİA-nın xəbərinə görə, gecədə Türkiyənin Kıprısdakı səfiri Halil İbrahim Akça, Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı, Yaxın Doğu Üniversitetinin qurucusu Suat Günsel, KKTC Azərbaycan Mədəniyyət Mərkəzinin başqanı Fəxrəddin Sadiqoölu, Azərbaycan Gənclik
Təşəbbüsləri İctimai Birliyinin sədri Zaur Novruzov, KKTC-də təhsil alan azərbaycanlı tələbələr, yerli vətəndaşlar qatılıblar.
Tədbirdə çıxış edən Azərbaycan millət vəkilləri ölkənin müstəqillik tarixindən, Türk dünyası ilə münasibətlərdən, Dağlıq Qarabağ problemindən danışıblar. ini genişləndirdiyini, xüsusilə qardaş Azərbaycan ilə KKTC arasında qarşılıqlı əlaqələrin daha da artırılaraq genişləndirilməsi bütün gərəkli addımların atıldığını dilə gətirdilər.
Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat verib, bu problemin bütün Türk dünyasının problemi olduğunu, həlli istiqamətində bütün türklərin birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.
Millət vəkili Musa Qasımlı isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycanın 20 il əvvəl yenidən öz müstəqilliyini qazanmasından sonra keçdiyi yol, əldə etdiyi uğurlar barədə ətraflı məlumatlar verib. Gecədə müğənnilər Tünzalə Ağayeva və Azərin konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB