Bosniya və Herseqovinada Respublika günü münasibətilə tədbir keçirilib
2011-ci il may ayının 27-də Azərbaycanın Respublika Günü münasibəti ilə ölkəmizin Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliyində tədbir keçirilib. Bu barədə SİA-ya Azərbaycanın Bosniya və Herseqovinadakı Diplomatik nümayəndəliyindən məlumat verilib.
Tədbirə Bosniya və Herseqovina ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Bosniya və Herseqovinada yaşayan azərbaycanlılar, təhsil alan tələbələrimiz dəvət olunublar.
Azərbaycanın Bosniya və Herseqovinadakı müşaviri Yusif Vəzirov tədbir iştirakçılarına Azərbaycanın tarixindən, 1918 - 1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasından, müstəqilliyimizi yenidən qazandıqdan sonra Azərbaycan Respublikasının keçdiyi yoldan ətraflı məlumat verib.
Tədbirin sonunda Azərbaycan bəstəkarlarının musiqisi səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB