Şəhidlərin övladları ali diqqət, sevgi və qayğı ilə əhatələnir - FOTOLAR
Azərbaycan öz tarixi torpaqlarını vətən uğrunda canlarını qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Vətənin bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgivə qayğı ilə əhatələnirlər. SİA-nın verdiyi məlumata görə, Suraxanı rayon sakinləri olmuş - Vətən Müharibəsi şəhidi, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunan şəhid polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun qızı İncinin 7 yaşı və Vətən Müharibəsi şəhidi, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid əsgər Manafov Osman Natiq oğlunun oğlu Natiqin 3 yaşı tamam olur. Bu münasibət ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və digər rəsmi şəxslər hər iki ailəni ziyarət edərək, şəhidlərin övladlarını təbrik edib, doğum gününü qeyd edən balalarımıza hədiyyələr təqdim edib, şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.
Vətən Müharibəsi şəhidlərinə, qazilərinə və iştirakçılarına qarşı cənab Prezident İlham Əliyevin doğma münasibətindən bəhs edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov demişdir ki, Suraxanı rayonunda hər bir ailə cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq diqqətdə saxlanılır, onların qarşıya çıxmış hər bir probleminə həssaslıqla yanaşılır. Əziz Əzizov şəhid ailələrinin, onların övladlarının dövlətin qayğısını hər zaman hiss edəcəklərini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən Müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarıb. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
Milli Məclisin deputatı Afət xanım Həsənova dövlətin qayğısı nəticəsində şəhid ailələri və qazilərin bütün cari problemlərinin qısa zamanda həll olundğunu diqqətə çatdırıb. Afət Həsənova ona deputat kimi əhalinin həssas təbəqəsi sayılan şəhid ailələri və qazilər tərəfindən edilmiş müraciətlərə dərhal reaksiya verildiyini və bir çox məsələnin artıq öz həllini tapdığını bildirib. Xanım deputat da şəhid övladlarının ölkəmizin gələcəyi olduğunu və onlara hər birimizin xüsusi sevgi ilə yanaşmalı olduğumuzu ifadə edib.
Sonda hər iki şəhid ailəsi Dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB