Qazilərə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə - görüşlər davam etdirilir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Azərbaycan Əlil Arabasında Qılınc Oynatma Federasiyasının birgə layihəsi olan qazilərimizə psixoloji və mənəvi dəstək aksiyası davam edir. SİA-nın verdiyi məlumata görə, qeyd olunan qurumların nümayəndələri və rayon üzrə icra hakimiyyətinin nümayəndələri Xəzər, Suraxanı və Xətai rayonları üzrə qazilərimizlə görüşlər keçirir.
Görüşdə Federasiyanın rəhbərliyi məşqçi və psixoloqlar da iştirak ediblər.
Qazilərimizlə görüş zamanı onları narahat edən suallar adları çəkilən müvafiq qurumların şöbələrinin əməkdaşları tərəfindən ətraflı və dolğun cavablandırılıb. Qazilərimizə mənəvi, psxioloji dəstəklə paralel olaraq onların sosial problemləri də daxil olmaqla digər arzu və istəkləri də yerindəcə qeydə alınaraq görüşdə iştirak edən digər qurum və təşkilatların diqqətinə çatdırılıb.
Qeyd edək ki, ilkin olaraq Bakıda başlayan layihənin regionlarda da davam etdirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB