Mina partlaması nəticəsində həlak olanların nəşi müayinə üçün Gəncəyə gətirilib - FOTO
Mina partlaması nəticəsində həlak olan jurnalistlərin nəşi müayinə üçün Gəncəyə gətirilib.
SİA-nın yerli bürosunun verdiyi məlumata görə, bu gün sabah saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində peşə borcunu yerinə yetirərkən mina partlaması nəticəsində həlak olan Azərbaycan Televizyasının operatoru Sirac Abışov və "AZƏRTAC"ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə şəhər Şöbəsində müayinə edildikdən sonra bir neçə saat sonra Bakı şəhərinə yola salınacaq. Həmçinin, hadisə zamanı dünyasını dəyişən Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlunun nəşi Göygöl rayonundakı evinə aparılacaq və sabah dəfn olunacaq. Məlumat üçün bildirək ki, hazırda "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Gəncə şəhər Şöbəsinin qarşısında şəhər İcra Hakimiyyəti rəsmiləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin rəsmiləri və prokurorluq əməkdaşları toplaşıblar. Dünyasını dəyişən şəxslər bir neçə saat sonra Bakı şəhəri və Göygöl rayonuna aparılacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB