Azərbaycanda kompüter istehsalı xeyli artıb - STATİSTİKA

Azərbaycanda kompüter istehsalı xeyli artıb - STATİSTİKA

2021-ci ilin yanvar- aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 71,30 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 65,2 faiz artıb. SİA xəbər verir ki, ötən dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 31,5 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,7 dəfə, məişət soyuducularının istehsalı 2,2 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 73,1 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 67,9 faiz artıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə