Bu gün “Azərbaycan mühacirət tarixindən“ adlı kitabın təqdimat mərasimi keçirilib
Bu gün \"Azərbaycan mühacirət tarixindən\" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Nizami Cəfərov, Gülər Əhmədova, Əli Mənsimov, Fərəc Quliyev, tibb elmlər doktoru Cəmil Həsənli, tarix elmlər doktorları Aydın Balayev, Şirməmməd Hüseynov və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan millət vəkili Fərəc Quliyev 28 May Respublika Günü münasibəti ilə qonaqları təbrik edib. "Bu gün bizim ən böyük bayramlarımızdan biridir. Ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan insanların əməyi çoxdur. Torpaqlarımız bizə dədə- babalarımızdan miras qalıb. İşğal olunmuş torpaqlarımızı düşmənlərdən xilas etməliyik. Gizli qalan tarixi məqamları bu kitabla ortaya qoyduq", Fərəc Quliyev deyib.
Tədbirdə söz alan millət vəkili Əli Mənsimov kitab haqqında danışıb, onu ərsəyə gətirən insanlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu əsər Azərbaycan üçün çox vacibdir və kitabda yazılanları dünyaya tanıtmalıyıq ki, Azərbaycanın keçmişini öyrənə bilsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB