"Formula 1" gənclərin gözü ilə - SORĞU

"Formula 1" gənclərin gözü ilə - SORĞU

Dünyanın ən aparıcı avtoidman yarışı olan "Formula 1"ə Bakı 2016-cı ildən bəri hər il ev sahibliyi edir. Keçirilən "Formula 1" yarışları bu ildə davam etməkdədir. 2020-ci ildə bu yarış Covid -19 pandemiyasına görə ləğv edildi. 2021-ci ildə "Formula 1" Azərbaycan Qran Prisi üçün artıq başlayıb. SİA ölkəmizdə keçirilən "Formula 1" yarışları ilə bağlı gənclərin münasibətini öyrənməyə çalışıb.

İnternet-media eksperti Səbuhi Abbasov deyib: "Formula 1 qələbə qazanmış Azərbaycanımızı dünyaya fərqli rakusdan tanıdacaq. Bu gün Bakıda Formula 1 yarışları başladı. Artıq bu paytaxtımız üçün ənənəvi idman hadisəsinə çevrilib.

Biz bu bayramı daha böyük ruh rüksəkliyi ilə qeyd edirik. 44 günlük zəfər xalqımızda bayram əhvalını artırıb. Bu mənada Formula 1 qələbə qazanmış Azərbaycanımızı dünyaya fərqli rakusdan tanıdacaq. Bu yarış dünya yarışları arasında auditoriya böyüklüyü ilə fərqlənir. Demək olar ki, dünyanın bütün ölkələrində milyonlarla insan tərəfindən izlənilir. Bu da öz növbəsində həm ölkəmizin inkişafını, həm də turizm potensialını göstərmiş olur”.

Mövzu ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti fəalı Nərgiz Xələf isə fikirlərini belə ifadə edib: "2020-2021-ci illər bütün dünya üçün o cümlədən Azərbaycan üçün pandemiyaya görə çətin olsa da amma Azərbaycan böyük bir tarixi dönəm yaşadı: “Azərbaycan bütün dünya ölkələrinə nümunə olacaq milli vətənvərpər nümunə göstərdi. Bu tərəfdən dünyaya səs olan ölkələr sırasında oldu. Dünyada ən məhşur idman yarışlarından biri olan Formula 1 bütün dünya məhşurlarının, idmançılarının həvəslə pərətiş etdiyi idman növüdür. Ona görə də bu yarışlar hansı ölkədə baş tutursa o ölkə bir başqa cür dünyanın marağında olur. Azərbaycan bir neçə ildir ki, Formula 1 yarışlarına ev sahibliyi edir. Bu yarışların keçirilməsi Azərbaycanın mədəniyyətə, idmana olan marağını ona mədəni dünya görüşünün bir göstəricisidir.

Bu tip yarışları keçirmək üçün xüsusi yerlər seçilir. Yer özü mədəni, nümunəvi yer olmalıdır. Yer özü də onu göstərir ki, Azərbaycanın Bakı şəhəri bu nümunəvi məkanlardandır. Bu cür yarışları anlayan insanların olduğu bir məkandır. Azərbaycanın iqtisadiyyatı durumu ona icazə verir ki, bu tip yarışlar Azərbaycanda keçirilsin. Bu həm də dünya üçün Azərbaycaın iqtisadi göstəricisidir. Çünki hər ölkə bu cür yarışlara ev sahibliyi edə bilməz. Bununla yanaşı Azərbaycanın post sovet ölkə olması bir çox imkanları əlimizdən alıb. Azərbaycanın və Azərbaycan xalqının özünü dünyaya tanıtmasında bu 30 ildə çox böyük əmək sərf olundu. Ona görə də Formula 1 yarışları da Azərbaycanı dünyaya tanıtmaq üçün böyük bir qatqıdır”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə