Tovuzda gənclərin VI ümumrayon toplantısı keçirilib

Tovuzda gənclərin VI ümumrayon toplantısı keçirilib
Tovuz şəhərindəki Əkbər Cəfərov adına mədəniyyət evində gənclərin VI ümumrayon toplantısı keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdən əvvəl iştirakçılar ümummilli liderimizin şəhərin Heydər Əliyev meydanında ucadılmış abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək Azərbaycanda gəncliyin uğurlu inkişafından danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə gənclərə xüsusi diqqət və ğayğı göstərib.

Rayonda gənclərlə aparılan işləri sədalayan natiq bildirib ki, mayın 5-də Heydər Əliyev Mərkəzində rayon rəhbərliyi ilə gənclərin görüşündə gənclərin rəy və təklifləri dinlənilmiş, onlara dəyərli məsləhətlər verilib. Rayon rəhbərliyinin təşəbbüsü və tələbkarlığı nəticəsində son üç ildə hərbi lisey və ali hərbi məktəblərə 185 tovuzlu gəncin qəbul olunduğunu deyən natiq bu sahədə məqsədyönlü işlərin davam etdirildiyini bildirib.

YAP rayon təşkilatı Gənclər Birliyinin sədri İlqar Kərimov, Tovuz Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Aysel Həsənli, rayon icra hakimiyyəti başçısının Aşaği Öysüzlü inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rasim Qocayev və başqaları ölkəmizdə gənclərə göstərilən qayğıdan və yaradılan şəraitdən danışıblar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov gəncləri 28-May Respublika Günü münasibətilə təbrik edərək ölkəmizdə, o cümlədən rayonda aparılan abadlıq və quruculuq işlərindən danışıb. O, qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Azərbaycan gənclərinin VI forumuna nümayəndələr seçilib.

Sonda tədbirin iştirakçıları tərəfindən Tovuz şəhərindəki Şəhidlər xiyabanında xeyli sayda gül və bəzək ağacları əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com