Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən, zəfər gününə cəmi ikicə gün qalmış şəhidlik zirvəsinə ucalan xaçmazlı döyüşçü Fərid Seyfullayevin ikinci övladı dünyaya gəlib. SİA-nın verdiyi məlumata görə, iyunun 1-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Ağabacı Seyfullayeva və körpəsinin vəziyyəti normaldır.
Fəridin yeni doğulan övladı xəstəxanadan evə ailə üzvləri, “YAŞAT” Fondunun nümayəndələri və şəhidin döyüş yoldaşlarının əhatəsində yola salınıb. Körpəyə Səma adı verilib.
Qeyd edək ki, Şəhid Fərid Seyfullayevin Vətən müharibəsində döyüş yolu Füzulidən başlayaraq Şuşayadək davam edib. Qəhrəmanımız ölümündən sonra üç medalla, Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB