"Formula-1 yarışmasının əhəmiyyəti ondan ibarətdir ki,..." - DEPUTAT DANIŞDI
"Formula 1-in Bakıda keçirilməsi Azərbaycanın dünyada təbliğ olunmasında böyük rol oynayır. COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətlərin yumşalmasından sonra Azərbaycan növbəti dəfə dünyanın ən nüfuzlu beynəlxalq idman növlərindən biri olan "Formula-1"-ə ev sahibliyi edir. Pandemiyadan əvvəl ölkəmiz çoxlu sayda beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Azərbaycan müasirlik, sabitlik, təhlükəsizlik və digər göstəricilər baxımından hal-hazırda dünyada ən qabaqcıl ölkələr sırasındadır. Bu nöqteyi-nəzərdən yüzlərlə ölkələrdə canlı yayımlanan Formula-1 Azərbaycanın imkanlarını dünyada təbliğ edilməsi üçün növbəti bir imkandır. Nəzərə almaq lazımdır ki, bu idman növü dünyanın ən böyük televiziya auditoriyasına malik idman növlərindən biridir. 2018-ci ildə dünyanın 20 əsas ölkəsində bu yarışmanın televiziya auditoriyası 1,4 milyard, 2019-cu ildə isə 1.9 milyarddan çox tamaşaçı təşkil edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsində Ermənistan üzərində qazandığı Böyük Zəfərdən sonra bu yarışın keçirilməsinin xüsusi əhəmiyyəti var: "Bu yarışın Azərbaycanda keçirilməsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin ölkəmizə investisiyalar qoyulmasına maraqlarını artıracaq. Eyni zamanda, bu yarışma ölkəmizdə turizm imkanlarının təbliğində, bu sektorunun inkişafına xarici investorların cəlb edilməsinə köməklik göstərəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB