Yaxın 3 gün ərzində hava belə olacaq - Proqnozlar Bürosunun direktoru
“Bu gün gün ərzində paytaxtda şimal qərb küləyi əsəcək. İyunun 5-i və 6-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, havanın tempraturu günorta saatlarında 25-29 dərəcə isti olacaq.
Bölgələrdə də yaxın günlər ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal olunur. Havanın tempraturu 30-35, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB