“Pandemiyadan əvvəl və sonra bəzi ailələrdə maddi və mənəvi problemlər yarandı". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Cəmilə Hacıyeva deyib.
Onun sözlərinə görə, bu hal insanların həyatına mənfi təsir edib: "Lakin burada əsas məsələ pandemiya deyil, insanların birlikdə çox vaxt keçirməmələridir. Pandemiyadan öncə cütlüklər əsl daxili kimliklərini və xüsusiyyətlərini qarşıdakı insana tam yansıda bilmədikləri üçün bu pandemiya dönəmində artıq birlikdə daha çox vaxt keçirməyə başladılar. Öz mənfi-müsbət xarakterlərini bir-birilərinə bildirdilər və bu zaman ailə daxili münaqişələr yaranır. Əsas məsələ ondan ibarətdir ki, ailələr özlərini münasibətə başladıqları zaman və münasibətə davam etdikləri dövrdə özlərini olduqları kimi təqdim etmirlər. Bəzən bu psixoloji problemlərdən özgüvənsizlikdən və yaxud uşaqlıqda yaşadığı travmalardan dolayı ola bilər".
Psixoloq həmçinin qeyd edib ki, istər qadın, istər kişi əsl xarakter və mənliklərini olduğu kimi təqdim etmirlər: "Məsələn adətən çalışırlar müsbət yönlərini qarşıdakı insanlara ötürsünlər və paylaşsınlar. Mənfi xüsusiyyətlərini isə daha çox gizlətməyə çalışırlar. Pandemiya müddəti ərzində aqressivlik, əsəbilik və gərginlik artdığı üçün bu hal yenədə öncə vurğuladığım məsələyə dayanır. Pandemiya müddətində isə bu xarakterlərini gizlədə bilmirlər və bu səbəbdən münaqişələr yaşanır. Bir-birlərinə “sən dəyişmisən, əvvəl belə deyildin” kimi sözlər deyirlər. Bu münaqişənin sonu isə çox vaxt boşanmalarla nəticələnir. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki boşanmanın əsas səbəblərindən biri də budur”.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB