Dünyanın ən aparıcı avtoidman yarışı olan "Formula 1"ə Bakı 2016-cı ildən bəri hər il ev sahibliyi edir. Keçirilən "Formula 1" yarışları bu ildə davam etməkdədir. 2020-ci ildə bu yarış covid-19 pandemiyasına görə ləğv edildi. 2021-ci ildə "Formula 1" Azərbaycan Qran Prisi üçün artıq geri sayım başlayıb. SİA ölkəmizdə keçiriləcək "Formula 1" yarışları ilə bağlı gənclərin münasibətini öyrənməyə çalışıb.

“Böyük Qayıdış” Gənclər Təşkilatının əməkdaşı Elşən Qəhrəmanov: "Son illərdə ölkəmizdə beynəlxalq idman turnirlərinin keçirilməsi artıq geniş vüsət alıb. Bunlardan ən çox maraq doğuran idman oyunlarından biri də “Formula 1” üzrə Bakı Qran-Prisidir. Hazırda pandemiya şəraitinə uyğun olaraq yarışların tamaşaçısız keçiriləcəyinə baxmayaraq əvvəlki illərdəki təşkilatçılıq ölkəmiz üçün çox təqdirəlayiqdir. Həm turistlərin, həm də pilotların və yarışın komandasının ölkəmizə gəlməsi, mətbəximizlə, adət-ənənələrimizlə, mədəniyyətimizlə tanış olması dünyada Azərbaycan sevənlərin sayını artırır. Bildiyimiz kimi “Formula 1” üçün heç də hər ölkənin müraciəti qəbul edilmir. Bakıda ilk dəfə bu yarışların keçirilməsindən sonra Əməliyyat Komitəsinin bizimlə uzun müddətli müqavilə bağlaması həm yolların beynəlxalq standartlara cavab verdiyini, həm də təşkilatçılığın yüksək səviyyədə olduğunu göstərir. Bu il növbəti dəfə keçiriləcək oyunlarda iştirak edən komanda və pilotlara, həmçinin təşkilat komitəsinə və könüllülərə uğurlar arzu edirəm".
.jpg)
DGKA Tələbə Gənclər Təşkilatının sədri Orxan Yusifov: "“Formula 1” mənim ümumiyyətlə uşaqlıqdan maraq dairəmdə olan bir idman növüdür. Əvvəlki dövrlər mənim yadımdadır ki, “Formula 1” yarışlarını televiziyadan izləyirdim. Ümumiyyətlə məndə avtomobil nəqliyyat vasitələri, xüsusilə brend markaların, şirkətlərin “Formula 1”-də cəmləşərək yarışması böyük bir marağa səbəb olurdu. Artıq 4 ilə yaxındır ki, “Formula 1” yarışı Azərbaycanda keçirilir və minimum 5 il müddətində keçirilməsi gözlənir. Bu gün Azərbaycanda keçirilən “Formula 1” yarışı Azərbaycan idman cəmiyyətinə yeni bir nəfəs gətirmişdir. Gələcəkdə “Formula 1” yarışında Azərbaycan öz milli avtomobil markaları ilə təmsil ediləcəkdir".
Gənc BİLGESAM (think-tank) rəhbəri Yadigar Nağıyev: "Yumşaq siyasət dedikdə bizlər mədəni siyasəti başa düşməliyik. Mədəni siyasət bəziləri üçün xüsusilə də daxili siyasət də anlaşılmaya bilər. Amma beynəlxalq siyasətdə bir dövlətin tanınması üçün onun mədəni siyasəti, güclü olması lazımdır. Azərbaycan məhz bu istiqamətdə həqiqi mənada çox böyük uğurlar əldə edib. Bu uğurlar içində "Avroviziya"nın keçirilməsi, Avropa Oyunlarının keçirilməsi həmçinin də “Formula 1” Qran Prisinin Azərbaycanda keçirilməsi artıq Azərbaycanımızın dünya ictimaiyyətində tanınmasına böyük töhvə verib və verməkdədir. Bilirik ki, Bakımız çox gözəl binaları və tarixi memarlıq abidələri ilə seçilir. “Formula 1” istiqamətində gələn turistlərin Bakımızı və Azərbaycanımızı tanıması həm Azərbaycanın turizm potensialı mövqeyindən, həm də Azərbaycanın tarixi reallıqları tanınması mövqeyindən çox böyük önəmə sahibdir. Bu istiqamətdə atılan addımlar birbaşa Azərbaycanın beynəlxalq imicinin güclənməsində çox böyük önəmə sahibdir. Xüsusilə də burada gənclərin könüllü fəaliyyətə cəlb edilməsi Azərbaycanın hər zaman gənclərə təcrübə qazandıracaq məkan olduğunu sübut edir. Çünki bilirik ki, könüllü olan gənclər arasında xarici gənclər də var. Bu özü də birbaşa Azərbaycan gəncləri ilə xarici gənclər arasında əlaqənin qurulmasında çox böyük önəm və töhfə verməkdədir. Bir gənc olaraq hesab edirəm ki, Azərbaycan həqiqi mənada tətbiq elədiyi mədəni siyasət vasitəsi ilə ön sıralarda olacaqdır".
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB