Təbii daşların insana xeyiri və ziyanı nədir? - PSİXOLOQ İZAH ETDİ

Təbii daşların insana xeyiri və ziyanı nədir? - PSİXOLOQ İZAH ETDİ

Son dövrlər ölkəmizdə təbii daşlara olan maraq xeyli artıb. Artıq insanlar təbii daşların müsbət enerjisi ilə yanaşı müalicəsinə və psixoloji təsirinə də inanırlar. Bu qiymətli daşları kimi şəxsi bəzək əşyası, kimisə evdə suvenir kimi alıb istifadə edir.

Psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında deyib ki, əslində təbii daşlardan istifadə inancla bağlıdır: "Bəzi insanlara təbii daşların müsbət, bəzilərinə isə mənfi enerji verdiyi bilinir. İnsanlar artıq bunu inanclara çevirirlər və bir-birlərinə xəbər verirlər. Bilirsiniz ki, informasiya tez yayılır. İnformasiyanı yayan insanlar da “xeyrini görmüşəm”, “yaxşı təsir edir” düşüncəsi ilə bir-birinə xəbər verir və hər bir insan bundan istifadə etmək istəyir. Əgər inanırsa təbii daş ona müsbət təsir edir, inanmırsa mənfi təsir edir. Müsbət eliyənlər də bunu yayırlar”.

Psixoloq həmçinin qeyd edib ki, insanlar son dövrlərdə təbiiliyə üstünlük verdiklərinə görə, bu daşlara üstünlük daha çoxalıb. Ümumiyyətlə enerjini insanlar daşlardan, torpaqlardan, təbiətdən alırlar. Son dövrlər də böyük ehtimal buna görə insanlar təbii daşların istifadəsinə üstünlük verirlər”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə